Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Əməliyyatlar

ANAMA-nın Əməliyyat Şöbəsinin əsas vəzifəsi sahə əməliyyat heyətinin işinin planlaşdırılmasını, qiymətləndirilməsini, tapşırıqların hazırlanmasını və prioritetlərin müəyyənləşdirilməsini, həmçinin Azərbaycanda həyata keçirilən bütün humanitar minatəmizləmə əməliyyatlarına nəzarəti və onların əlaqələndirilməsini təmin etməkdən ibarətdir. Əsas hədəf əməliyyatların milli və beynəlxalq standardlara uyğun aparılmasını və minatəmizləmə potensialın effektiv və səmərəli istifadəsini təmin etməkdir.

Agentlik tərəfindən minatəmizləmə əməliyyatları 459 nəfər əməliyyat heyətinin, 125 nəfər inzibati heyətin, 6 mexaniki minatəmizləmə maşınının və 40 minaaxtaran it iştirakı ilə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Gədəbəy, Kürdəmir, Lənkəran, Naftalan, Oğuz, Qaradağ, Qazax, Quba, Salyan, Samux, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri ərazisində aparılır. Ümumilikdə Agentlik tərəfindən 5 543 198 172 kv.m ərazi yoxlanılmış, 806 907 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir. Əməliyyat heyəti həmçinin soyuq hava şəraiti ilə bağlı qeyri iş günlərində mina təsirinə məruz qalmış ərazilərdə Mina Təhlükəsinə dair Maarifləndirmə fəaliyyətinə cəlb olunmuşdur.

ANAMA mina təsirinə məruz qalan icmalardan, humanitar yardım təşkilarlarından, həmçinin yerli icra orqanlarından mütəmadi olaraq yaşayış evlərində, xəstəxanalarda, məktəblərdə, fabriklərdə, quyularda və həyətlərdə olan mina və PHS-in təmizlənməsi barədə müraciətlər alır.

 2019-cu il ərzində tək sursat əməliyyatları:
2019-cu il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzindən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, Dövlət Sərhəd Xidmətindən (DSX), Rayon Polis Şöbələrindən (RPŞ), Rayon İcra Hakimiyyətindən (RİH) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) 255 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur. Müraciətlər əsasında Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Naftalan, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, şəhərləri ərazisində 196 268 m² ərazi təmizlənmiş, 1 955 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina, 27 ədəd tank əleyhinə mina (cəmi: 1 994 ədəd), 28 717 ədəd müxtəlif çaplı patron və 44 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.