ANAMA kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib

27-09-2026

27 sentyabr – Vətən müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri Zəfər abidəsini ziyarət ediblər.

 

Agentlik nümayəndələri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.