ARMAC nümayəndə heyəti ilə ANAMA-da görüş

01-09-2026

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ARMAC-ın icraçı direktoru Rotna Butun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.


Görüş zamanı ANAMA ilə ARMAC arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

   

Görüşdə, həmçinin humanitar minatəmizləmə sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.