ABŞ konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü ilə ANAMA-da görüş
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədri Vüqar Süleymanov ABŞ konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadeninrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.
Görüşdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



