Zəfər Günü ilə əlaqədar Qubadlıda ağacəkmə aksiyası keçirilib
Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə Qubadlı rayonunda bir hektar ərazidə ağacəkmə aksiyası keçirilib.
Vətən müharibəsində qazanılmış tarixi Qələbəni anmaq, şəhidlərin xatirəsini ehtiramla yad etmək, eləcə də təmiz, təhlükəsiz və yaşıllıqlarla zəngin Azərbaycanın qurulmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə rayonun torpaq-iqlim şəraitinə uyğun 1300-ə yaxın müxtəlif cins ağac əkilib.

