ANAMA kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət ediblər
27 sentyabr – Vətən müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri Bakı şəhərində Zəfər parkının ərazisində ucaldılmış 8 noyabr – Zəfər abidəsini ziyarət ediblər.
Agentlik nümayəndələri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.





