İş elanı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Aparatın Satınalmalar və müqavilələrin icrasına nəzarət şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

 

Vəzifənin tutulması şərtləri:

Təhsili: Ali;

İxtisası: Maliyyə, iqtisadiyyat və idarəetmə, mühasibat uçotu və audit;

İş stajı: Müvafiq sahə üzrə azı 2 il iş stajı;

Nəzəri bilikləri: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmalarına dair digər normativ hüquqi aktlar;

Kompüter və proqram təminatı üzrə bilikləri: MS Windows, MS Office (Word, Excel, Power Point), dövlət satınalmalarının vahid internet portalı, internet (yüksək səviyyədə);

Xarici dil bilikləri: İngilis dili (yüksək səviyyədə) və rus dili (orta səviyyədə).

 

Çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.


Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

·        müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

·        şəxsiyyət vəsiqəsinin surəti;

·        təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

·        əmək kitabçasının surəti.

 

Sənəd qəbulu cari ilin 20 iyul tarixinədək həyata keçiriləcəkdir.

 

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.