İş elanı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Qazax əməliyyat qrupunda “BC” və “BСD”kateqoriyaları üzrə sürücü vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Namizədlərin müvafiq sahədə 2 ilə qədər iş stajı olmalıdır.
Təminatlar:
§ Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
§ Gündə 3 dəfə yemək ilə təmin edilmə;
§ Yaşayış yeri ilə təmin edilmə;
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
· müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
· şəxsiyyət vəsiqəsinin surəti;
· təhsilə dair sənədlərin surəti (attestat, sertifikat, vəsiqə, arayış və s.);
· əmək kitabçasının surəti.
Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

