Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə ANAMA-da görüş
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld ilə görüş keçirib.
Görüş zamanı, tərəflər işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları, Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə beynəlxalq təşkilatların mümkün dəstəyi, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.