ANAMA kollektivi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət edib
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.


