Agentliyin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsindən azad edilib
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 31 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Agentliyin mina təhlükəsilə mübarizə fəaliyyətində göstərdiyi dəstəyə, verdiyi töhfələrə görə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

