Ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və COP29 komandasının iştirakı ilə birgə ağacəkmə aksiyası keçirilib.
Xocasən qəsəbəsində keçirilən ağacəkmə aksiyasında yüzlərlə Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev, Milli Məclisin deputatı Nigar Arpadarai, eləcə də COP29 komandasının nümayəndələri iştirak edib.