“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illik” yubiley medalının təqdimatı

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində düşmən tərəfindən basdırılan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi zamanı baş verən sursat partlayışı hadisəsində həlak olan Agentliyin əməkdaşı Raqif İsayevin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təltif edildiyi “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illik” yubiley medalı mərhumun atasına təqdim olunub.
Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, struktur bölmə rəhbərləri, eləcə də əməliyyat heyəti Raqif İsayevin ailəsini və məzarını ziyarət edib, dəyərli əməkdaşın əziz xatirəsini yad ediblər.
Qeyd edək ki, Raqif İsayev sahə üzrə uzunmüddətli, səmərəli fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 335 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.