İş elanı

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.

Təminatlar:

  • ·         Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
  • ·         Gündə 3 dəfə yemək ilə təmin edilmə;
  • ·         Yaşayış yeri ilə təmin edilmə.

 

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

  • ·         müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
  • ·         şəxsiyyət vəsiqəsinin surəti;
  • ·         təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • ·         əmək kitabçasının surəti.

 

Sənəd qəbulu cari ilin 30 dekabr tarixinədək həyata keçiriləcək.

Seçim zamanı keçmiş məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

 

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.