Çili Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili ilə ANAMA-da görüş keçirilib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev və sədrin müavini Samir Poladov Çili Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili cənab Xuan Karlos Salazar Alvares ilə görüş keçirib.
Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə səfirlik nümayəndəsinə ətraflı məlumat verilib.
Görüşdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



