Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

İş planı

Məqsəd

Azərbaycan Respublikasının ərazisində insanları mina, partlamamış hərbi sursat, müharibənin partlayıcı qalıqları və tərkibində partlayıcı olan qurğuların təhlükəsindən azad etmək, zərərçəkənlərin cəmiyyətə inteqrasiya olunaraq inkişafa açıq mühitdə yaşamasını təmin etmək.

 

Vəzifə

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) milli humanitar minatəmizləmə fəaliyyətləri çərçivəsində minaların, partlamamış hərbi sursatların, tərkibində partlayıcı olan qurğuların və müharibənin partlayıcı qalıqlarının təsirinə məruz qalmış müxtəlif ərazilərin və obyektlərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməsini, həmçinin, aşkar olunan minaların, partlamamış hərbi sursatların, tərkibində partlayıcı olan qurğuların, müharibənin partlayıcı qalıqlarının müvəqqəti saxlanmasını, daşınmasını və zərərsizləşdirməsi sahəsində tənzimləməni təhlükəsiz, effektiv və səmərəli planlaşdıracaq, dəstəkləyəcək və həyata keçirəcək. 

 

Hədəflər

- Effektiv prioritetləşdirmə prosesinin işlənilməsi;
- Neft şirkətləri və özəl sektorun başqa hüquqi şəxsləri daxil olmaqla ANAMA üçün daha geniş maliyyə bazasının hazırlanması;
- ANAMA-nın yüksək şəffaflığının saxlanılması;
- Əməliyyatların səmərəliliyini qoruyub saxlamaq üçün ictimaiyyətlə əlaqələr strategiyasının davam və inkişaf etdirilməsi;
- Strateji hədəflərə çatmaq məqsədi ilə minatəmizləmə sahəsində olan potensialın genişləndirilməsi;
- Azərbaycanda minatəmizləmə sahəsində fəaliyyətin təhlilinə, planlaşdırılmasına və həyata keçirilməsinə dəstək məqsədi ilə informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi;
- Təlim, monitorinq, fəal iştirak, qabaqcıl təcrübənin bölüşdürülməsi və planlaşdırma prosesinə cəlb etməklə icraçı tərəfdaşların potensialının inkişaf etdirilməsi;
- Minatəmizləmə fəaliyyətinin effektiv və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün müasir avadanlıqların alınması;
- ANAMA-nın minatəmizləmə sahəsində olan potensialının qorunub saxlanılması;
- Minatəmizləmə sahəsində işləyən təşkilatlarla səmərəli beynəlxalq əlaqə şəbəkəsinin saxlanılması;
- Hökumət qurumları, inkişaf sahəsində fəaliyyət göstərən təşkilatlar və minatəmizləmə fəaliyyətində iştirak edən tərəflər də daxil olmaqla səmərəli daxili əlaqə şəbəkəsinin saxlanılması;
- Keyfiyyətin idarə edilməsi prosedurlarının hazırlanması və tətbiq edilməsi;
- Yenilənmiş Beynəlxalq Minatəmizləmə Standartlarına (BMS), ANAMA-nın təcrübəsinə və beynəlxalq qabaqcıl təcrübəyə əsasən Milli Standartlara yenidən baxılması;
- Standart Əməliyyat Prosedurlarının (SƏP) Milli Standartlara uyğun şəkildə saxlanılması və yenidən baxılması;
- Bütün işçi heyətinin SƏP-lər və standartlara əsasən təlimlərə olan ehtiyaclarının öyrənilməsi;
- Minatəmizləmə fəaliyyəti üçün ölkədə etimad fondunun yaradılması;
- Milli texniki təşəbbüsün inkişaf etdirilməsi üçün imkanların öyrənilməsi;
- Regional əlaqələndirmə mexanizminin yaradılması;
- Tenderlərin keçirilməsi üçün daxili prosedurların işlənilməsi;
- Bütün işçi heyət üçün təlimlərin davam etdirilməsi.