AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

TƏLİM, TƏDQİQAT VƏ KEYFİYYƏTƏ TƏMİNAT QURUMU

TƏLİM, TƏDQİQAT KEYFİYYƏTİN TƏMİNATI QURUMU (TTKTQ)

TTKTQ ANAMA-nın qurumu olaraq Baş Qərargahın Təlim Ehtiyacları Analizlərinə uyğun olaraq şəxsi heyət üçün təlimlərin keçirilməsinə və əməliyyatların Mina Aksiyası üzrə Milli və Beynəlxalq Standartlara və müxtəlif Standart Əməliyyat Qaydalarına uyğunluğunun qiymətləndirilməsinə cavabdehdir.

Qurumun əsas funksiyaları: 

1. Təlimlər

 Milli və beynəlxalq heyət üçün təlimlər, təkrarlama təlimləri və yeniliklərin çatdırılması.

2. Monitorinqlər

Uyğunsuzluqların önlənməsi məqsədilə əməliyyat və təchizat xidmətlərinin  monitorinqi.

3. Keyfiyyətə Nəzarət

Təftişlər vasitəsilə uyğunsuzluqların aşkarlanması məqsədilə təmizlənmiş sahələrdən nümunələrin götürülməsi və keyfiyyət  dərəcəsinin yüksəldilməsi.

4. Skanninq

 Daha təkmil maqnitometrlər vasitəsilə Xarici Keyfiyyət Yoxlamalarına dəstək  verilməsi.

5. Sınaqlar və Testlər

 Yeni növ avadanlıqların sınaqları və təklif edilmiş yeni qaydaların test edilməsi.

6. Ümumi kəşfiyyatlar

Baş qərargahın sifarişləri  əsasında ümumi və təkrar kəşfiyyatların icra olunması.

7. İbtidai araşdırmalar

Uyğunsuzluq və qəzaların ibtidai araşdırılması.

Təlim üzrə nailiyyətlər:  2001-2017.

Qurumun Təlim və Monitorinq Qrupu tərəfindən 2001-ci ildən 2017-cı ilin sonunadək Humanitar Mina Aksiyası sahələri üzrə 185  təlim kursu keçirilmiş və bu təlimlərdə 1904 müdavim iştirak etmişdir. Onlardan 315 nəfər əcnəbi vətəndaş olmuşdur.      

Təlim fəaliyyətləri:  2017.

Fevral-Mart

06.02.2017-03.03.2017

Əsas Humanitar Minaaxtarma Kursu (+ EOD-1)

25 nəfər

Daxili Qoşunlar

Aprel

17.04.2017-23.04.2017

Əsas Humanitar Minaaxtarma Kursu

20 nəfər

12-ANAMA EOD,  4-ANAMA XMƏQ, 3-BAMF

Aprel-May

24.04.2017-12.05.2017

FEREX DLG Operator Kursu

10 nəfər

6-ANAMA EOD, 3-ANAMA XMƏQ, 1-BAMF

May

02.05.2017-13.05.2017

Humanitar Mina Aksiyası ilə Tanışlıq

1 nəfər

1-BQ

May

10.05.2017-13.05.2017

Əsas Humanitar Minaaxtarma Kursu. Təkrarlama

4 nəfər

1-ANAMA XKYQ, 1-ANAMA TQ, 3-ANAMA EOD

May

10.05.2017-26.05.2017

Əsas Humanitar Minaaxtarma Kursu

18 nəfər

14-ANAMA MAİ, 1-ANAMA  EODQ

2-ANAMA tex işçi, 1-BQ dinləyici.

İyun

05.06.2017-22.06.2017

Döyüş Sahəsinin Təmizlənməsi Kursu

(İlk Yardım Kursu Daxil)

26 nəfər

X2kurs

26 nəfər yeni kurs

İyul

17.07.2017-28.07.2017

Əsas Humanitar Minaaxtarma Kursu. Təkrarlama

1nəfər

1-ANAMA TQ

Avqust

07.08.2017-18.08.2017

Humanitar Mina Aksiyası ilə Tanışlıq

1 nəfər

1-BQ

07.08.2017-18.08.2017

Əsas Humanitar Minaaxtarma Kursu. Təkrarlama

1 nəfər

1-DAYAQ QHHYT

07.08.2017-23.08.2017

Döyüş Sahəsinin Təmizlənməsi Kursu

1 nəfər

1- ANAMA  EODQ

Oktyabr

02.10.2017-13.10.2017

DMİNE Kursu

10 nəfər

Ukrayna FHDX

Noyabr

06.11.2017-17.11.2017

Humanitar Mina Aksiyası ilə Tanışlıq

1nəfər

1-ANAMA BQ

Dekabr

04.12.2017-15.12.2017

Humanitar Mina Aksiyası ilə Tanışlıq

1nəfər

1-ANAMA BQ

2017-ci il ərzində:  15 kurs keçirilib.  146 tələbə iştirak edib.    (10 nəfər əcnəbi vətəndaş olub.)

Tədris edilən təlim kursları:

1

Ümumi (Qeyri texniki) Kəşfiyyat Kursu.            

10 gün

12

İnformasiyanın İdarəolunması Kursu.

5 gün

2

Əsas Minaaxtarma Kursu (İlk Yardım kursu daxildir.)

25 gün

13

Coğrafi İnformasiya Sistemi Kursu. (İng: GIS)

10 gün

3

Texniki Kəşfiyyat Kursu.

15 gün

14

Mexaniki Təmizləməyə İneqrasiya Kursu.

5 gün

4

Döyüş Ərazisinin Təmizlənməsi Kursu.  

20 gün

15

İt bələdçiləri üçün İnteqrasiya Kursları.

5 gün

5

EOD Kursları.  (IMAS I və II dərəcələr).

20 gün

16

İt bələdçisi Kursu

60 gün

6

Bölmə və Qrup Rəhbəri Kursu.

15 gün

17

Mexaniki Minatəmizləmə Maşın Operatoru Kursu.

30 gün

7

Minaaxtarma üzrə Supervayzer Kursu.  

15 gün

18

Su Quyularının Təmizlənməsi Kursu.

10 gün

8

Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət Kursu.

15 gün

19

Evlərin Partlayıcı Qurğulardan Təmizlənməsi Kursu.

10 gün

9

Təlimat Metodları Kursu.

15 gün

20

Həkimlərin İnteqrasiyası Kursu.

10 gün

10

Sahə Səviyyəli İdarəetmə Kursu.

10 gün

21

D-Mine Kursu   

10 gün

11

Mina Təhlükəsi üzrə Maarifləndirmə Kursu

5 gün

 

 

 

Ukraynanın Fövqəladə Hallar üzrə Xidmətindən olan 10 iştirakçı üçün 3 növ D-MİNE simulyasiya cihazı üzrə təlim kursu. Təlim ATƏT-in maliyyə dəstəyi əsasında həyata keçirilmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 hərbi qulluqçusuı üçün keçirilmiş
Əsas Humanitar Minaaxtarma və EOD-1 Kursu.

Qurumun təlim keçmişi və əsas nailiyyətləri

ANAMA-nın TTKT Qurumu 2001-ci ildə Agentliyin mina aksiyası üzrə təlim və keyfiyyətin təminatı üzrə ehtiyaclarının qarşılanması üçün yaradılmışdır. Yaradıldığı vaxtdan başlayaraq TTKTQ Azərbaycanda və Xarici ölkələrdə keçirilmiş bir sıra təlim kurslarında iştirak etmişdir. Təlimlər beynəlxalq texniki məsləhətçilər və təcrübəli mütəxəssislərin təmsil etdikləri aşağıdakı təşkilatlar tərəfindən keçirilmişdir: BMT, ABŞ Avropa Komandanlığı, ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ Müdafiə Coğrafi Kəşfiyyat Məktəbi, Humanitat Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi, "James Madison University", "John Hopkins University", "Cranfield University", "Mines Advisory Group", "Armor Group", "RONCO", "Way Industry" və sair.. Hazırda heyətimiz 33 müxtəlif sertifikat sahibidir. TTKTQ, xarici texniki dəstəkdən asılı olmadan tam milli heyətdən ibarətdir. 18 nəfərlik tam səlahiyyətli və təchizatlı TTKT-Qurumu ANAMA-nın Direktoruna tabedir.  TTKTQ-nin uğur və təcrübəsinin beynəlxalq səviyyədə tanınması, ANAMA-nı Təlim və Keyfiyyət sahələri üzrə tələb olunan agentlik səviyyəsinə çatdırmışdır. Ölkədaxili öhdəliklərdən əlavə olaraq TTKT Qurumuna beynəlxalq təşkilatlardan və mina aksiyası iştirakçılarından təlim və keyfiyyətin təminatı üzrə təkliflər daxil olmuşdur. Məsələn: NATO-dan daxil olmuş müraciətlər əsasında və ANAMA-nın tender qalibi olması nəticəsində ANAMA tərəfindən Gürcüstan Silahlı Qüvvələrinə təlim kursları keçirilmişdir. Türkiyədən daxil olmuş müraciətlər əsasında Türkiyə Müdafiə Sənayesi Nazirliyinin mühəndislərinə təlim kursları keçirilmişdir. Əlavə olaraq Türkiyə-Suriyə sərhəddinin minalardan təmizlənməsi üçün Türkiyənin komersiya təşkilatının mülki şəxslərinə minatəmizləmə təlimləri keçirilmişdir. 2014-cü ilin noyabr ayından başlayaraq ANAMA Azərbaycan Respublikası Daxili qoşunlarının 150 nəfər həbçi və polis heyətinə BMT-nin İMAS standartlarına uyğun Humanitar Minatəmizləmə Kursları və İMAS-ın EOD 1 dərəcəsi üçrə sursatların ləğvi dərsləri keçirir. NATO-nun NSPA agentliyin əlavə müraciətləri əsasında Gürcüstan həbçilərinə və "Delta" qrupuna Ferex DLG Operatoru Kursları keçirilmişdir. Əlavə olaraq 2017 ildə ATƏT-in lahihəsi çərçivəsində  ANAMA Ukrayna vətəndaşlarına kurs keçirmişdir.

Keyfiyyətin Təminatı – Monitorinq

TTKTQ-nin təlimatçıları müntəzəm olaraq ANAMA-nın qrupları və icraçı QHT-lər tərəfindən həyata keçirilən əməliyyat və xidmətlər üzərində aşağıdakı sahələri əhatə edən monitorinqlər aparırlar: təhlükəsizlik, qaydaların tətbiqi, avadanlıqların istismarı, əməliyyatların keyfiyyəti, partlatma işləri, təchizat, tibbi xidmət, Standart Əməliyyat Prosedurlarına riayət olunması və sair. Monitorinqlərə Müşahidə, Qeydiyyat, Təlimat və Hesabat  sistemi ilə yanaşılır. Nəticə etibarı ilə aşkar olunan bütün problem və çatışmazlıqlar barədə ANAMA BQ-na məlumatlar təqdim olunur.  TTKT Qurumu Azərbaycanda aparılan monitorinqlərdən əlavə olaraq, Gürcüstan və Türkiyə Respublikalarında da monitorinqlər həyata keçirmişdir.             

2017-ci il ildə 95 monitorinq aparılmışdır.

Xarici Keyfiyyət Yoxlaması - İnspeksiya.

TTKTQ-nin Xarici Keyfiyyət Yoxlaması üzrə Qrupu Milli və Beynəlxalq standartların və Keyfiyyət üzrə Standart Əməliyyat Qaydalarının tələblərinə uyğun olaraq Agentlik və icraçı QHT-lər tərəfindən təmizlənməsi tamamlanmış sahələrdən yekun nümunələr götürərək sahələrin nə dərəcədə təmizləndiyi müəyyən edir.

Əsas məqsəd ərazilərin standart və tələblərə uyğun şəkildə təmizləndiyinə, öncədən müəyyən olunan dərinliyədək axtarıldığına, ərazinin bütün sursatlardan tam təmizləndiyinə və son istifadəçilərin təhlükəsizliyinin təmin olunduğuna əminlik yaratmaqdan ibarətdir. Normal olaraq bütün uyğunsuzluqlar araşdırılır və müvafiq korrektiv addımlar aparılır. Azərbaycanda aparılan XKY-lardan əlavə olaraq XKY qrupu 3 dəfə Türkiyə Respublikasında
yoxlamalar aparmışdır.

XKY üzrə nəticələr.  2017:
Keyfiyyəti Yoxlanmış sahələrin sayı: 38 sahə.

Fiziki olaraq yoxlanmış ərazinin sahəsi:  2 787 256 m2.

ANAMA-nın SKANER İMKANLARI.

Skaner Qrupu (SQ) Döyüş Ərazilərinin Təmizlənməsi əməliyyatlarına və Xarici Keyfiyyət Yoxlaması üzrə qruplara dəstək verir. Boşuna qazma işlərinin həyata keçirilməməsi və minlərlə dəmir parçasından yan keçilməsi üçün SQ tərəfindən EOD qrupuna kömək göstərilir.  Daha dərin və metalla çox kirlənmiş ərazilərdə əməliyyat aparılması üçün tapşırıq verildikdə, adi maqnetik lokatorlar çox vaxt effektiv olmur. Belə hallarda ANAMA tərəfindən  Ferex DLG, Ferex APİ, Vallon D1 vəya D2 tipli cihazlardan istifadə olunur. 2016-ci ildə keçmiş sovetlər birliyindən qalmış geniş hərbi poliqonların təmizlənməsi ilə əlaqədar olaraq Dövlət tapşırığının icrası üçün ANAMA tərəfindən yeni texnologiyalar sayılan Multukat və Sensis adlı xüsusi avadanlıqlardan istifadə olunmuşdur. Ferexdən istifadə edən operator hətta iri metal obyektlərin yaxınlığına  axtarış apara bilir.  Tələb olunduqda Skaner qrupu Döyüş Ərazilərinin Təmizlənməsi qruplarını yeraltında yerləşən ferromaqnetik obyektlərin ölçüsünü və yerləşməsini əks etdirən yeraltı xəritələrlə təmin edə bilir. Skaner Qrupu DataLine və Data2Line kompyutor təhlil proqramlarından istifadə edir. 2017-ci ildə ABŞ hökumətinin maliyyə dəstəyi ilə ANAMA üçün Ebinger Magnex cihazı alınmış və bu mövzuda ABŞ AVROKOM tərəfindən təlim kursu keçirilmişdir.

DİGƏR VƏZİFƏLƏR:

Avadanlıqların və qaydaların sınaqdan keçirilməsi:

Yeni avadanlıqların alınmasına və ya minatəmizləmə üzrə yeni qaydaların tətbiqinə dair qərar vərməzdən öncə ANAMA BQ tərəfindən həmin ehtiyacların sınaqdan keçirilməsinə dair TTKT Qurumuna sifariş verilir. Yeni avadanlığın satın alınacağı və ya qaydaların tətbiq ediləcəyi sınaqların müsbət nəticələrindən asılı olur.  

 Ümumi Kəşfiyyatlar:

Qurumun cavabdeh olduğu sahələrdən biri də Ümumi Kəşfiyyatlardır. Qeydiyyatda olan minalı sahələr və müharibənin partlayıcı qalıqları ilə kirlənmiş ərazilər müxtəlif faktorlar nəticəsində dəyişikliklərə məruz qalıb-qalmaması üzrə nəzərdən keçirilir. Eyni zamanda ərazilərin öz təhlükə potensialının itirməsinin müəyyən edilməsinə dəstək vermək məqsədilə kəşfiyyat üzrə məlumatların toplanması və coğrafi qeydiyyat işlərinin aparılması metodlarından istifadə olunur. Yeni aşkarlanan təhlükəli sahələr isə qeydiyyata alınaraq orada təsirin tədqiqatı işləri yerinə yetirilir və nəticədə bu məlumatlar sonrakı qərar vermə prosesi və təhlillər üçün ANAMA-nın İnformasiya və Əməliyyatlar üzrə şöbələrinə çatdırılır.

Araşdırmalar:

Qəzalar, mina və PHS hadisələri, aşkarlanan uyğunsuzluqlar, əmlakın zədələnməsi, qayda və nizam-intizamın pozulması hallarında TTKT Qurumu tərəfindən ilkin araşdırmalar aparılır. Məqsəd problemlərin səbəblərini müəyyən etmək və şəxsi heyəti, son istifadəçiləri və əmlakı bu kimi hallardan qorumaqdan ibarətdir. Daha dərin araşdırmalara ehtiyac olduqda ANAMA Direktoru tərəfindən Əsas Araşdırma Komissiyası yaradılır və TTKTQ bu kimi araşdırmalarda iştirakçı qismində iştirak edir.

ANAMA “GÖYGÖL REGİONAL TƏLİM BAZASI”

Göygöl Regional Təlim Bazası (GGRTB), (TTKTQ-nin yerləşdiyi və müxtəlif təlimləri tədris etdiyi mərkəz) expertlər tərəfindən tam təchizatlı və yerli və beynəlxalq səviyyəli təlimlərin keçirilməsi üçün uyğun hesab edilmişdir.

Yerləşmə: GGRTB Göygöl şəhərində yerləşir. Bakı şəhərindən 360 km qərb istiqamətində, Gəncə şəhərindən isə (Azərbaycanın 2-ci böyük şəhəri) 10 km cənubda yerləşir.

Təlim şəraitləri: GGRTB ofis və digər tikililərdən əlavə olaraq 2 tədris binasından ibarətdir: hər 2 sinif otağı (1cisi 24 nəfərlik, 2cisi isə 60 nəfərlikdir) kompyutorlarla, lazer proyektorları ilə təchiz olunub. Bazada əlavə olaraq konfrans/müşavirə otağı var.

Dillər: ANAMA TTKTQ-nin təlimatçıları Azərbaycan, Rus, Türk və İngilis dillərində dərs keçə bilirlər. Digər dildə danışan heyət üçün təlim sifarişləri olduqda tərcümə xidmətlərində istifadə olunur.

Digər binalar: 28 nəfərlik 4 otaqlı kazarma, hamam otağı və mətbəxi olan 2 otaqlı qonaq evi, 10 nəfərlik 2 ev, 8 çox gözəl otel otaqları, 7/24 internet, çamaşırxana, isitmə stansiyası, qaraj və 72 nəfərlik yeməkxana. Tələb olunan hallarda Gəncədə yerləşən otel xidmətlərindən də istifadə olunur. Bu kimi hallarda Hoteldən Bazaya transferlər təşkil olunur. Gəncə şəhərində Beynəlxalq Aeroport yerləşir.

İdman: Voleybol, basketbol, masa tenisi. Bazada fitnes otağının yaradılması da nəzərdə tutulur.

Mühafizə:  Baza Polis tərəfindən mühafizə olunur.

Rabitə: İnternet (xətt və WiFi), telefon, radio-stansiyalar, faks və şəbəkəyə qoşulmuş kütləvi çap imkanı olan rəngli "Workstation" printeri.