Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Anama-nın prinsipləri

Humanitar minatəmizləmə fəaliyyətinin özünəməxsusluğu nəticəsində ANAMA öz ənənəvi humanitar yardım prinsipləri ilə yanaşı üç prinsipə əsaslanır: təhlükəsizlik, effektivlik və səmərəlilik.


Təhlükəsizlik

İşçi heyətin və minatəmizləmə fəaliyyətinin başqa iştirakçılarının təhlükəsizliyi ANAMA-nın ən böyük qayğısıdır. Təmizlənmiş əraziləri istifadə edəcək sakinlərin təhlükəsizliyi də eyni dərəcədə vacibdir. Bunların hamısı milli və beynəlxalq standartlara, minaaxtaranların təhlükəsizlik tədbirlərinə riayət etmək, düzgün idarəetmə, maliyyə və təchizat yolu ilə həyata keçirilir.


Effektivlik

ANAMA öz fəaliyyətinin effektivliyinə məlumatların mütəmadi təzələnməsi, icmaların maraqlarının nəzərə alınması, prioritetləşdirmənin milli meyarlarına riayət edilməsi, inkişaf və yardım təşkilatları ilə açıq məsləhət və əlaqələndirmə aparılması yolu ilə nail olur.


Səmərəlilik

Səmərəliliyə və qiymətlərin əlverişliliyinə təlimlərin keçirilməsi, real prioritetlərin seçilməci, əməliyyat prosedurlarının təkmilləşdirilməsi, yerlərdə monitorinq keçirilməsi və müvafiq resursların ayrılması yolu ilə nail olunur.


Bütün göstərilən prinsiplərə sadiq qalmaq üçün əməliyyatlara başlamazdan öncə aşağıdakı meyarlara xüsusi diqqət yetiriləcək:

- Ərazi təhlükəsiz və müharibədən azad olmalıdır
- Tapşırıq milli prioritetlərə uyğun olmalıdır
- Qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır
- Yenidənqurma tapşırıqları planlaşdırılmalı, maliyyələşdirilməli və milli yenidənqurma proqramı çərçivəsində həyata keçirilməlidir
- Yerli icra hakimiyyətləri və icmalar arasında məsləhətləşmələr aparılmalıdır
- Mina Təhlükəsinə dair Maarifləndirmə fəaliyyəti icra olunmalıdır
- Əməliyyatlardan sonra əhali qısa zamanda humanitar, iqtisadi və sosial cəhətdən faydalanmalıdır.