Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

SALOĞLU LAYİHƏSİ:
Azərbaycanda Partlamamiş Hərbi Sursatlarin Təmizlənməsi üzrə Nato/Sülh Naminə Tərəfdaşliq Layihəsi

Azərbaycanın Ağstafa rayonunun Saloğlu kəndində yerləşən keçmiş Sovet hərbi bazanın ərazisində yer səthində və yer altinda yerləşən partlamamış hərbi sursatların (PHS) və partlama riski olan sursatların müəyyənləşdirilməsi və partladılması üzrə NATO/ NAMSA və ANAMA-nın birgə həyata keçirdiyi layihənin icrasına 2005-ci ilin dekabrında başlanmışdır. Layihə çərçivəsində Azərbaycanın Ağstafa rayonunun Ağstafa və Poylu ərazisində PHS-lərin olub-olmasının yoxlanması, təmizlənməsi və aradan qaldırılması işləri həyata keçirilmişdir.

Saloğlu kəndində yerləşən 138 bunkerdən ibarət hərbi sursatlar bazası Qafqazda ən böyük Sovet hərbi arsenalı idi.

1991-si ildə Azərbaycan müstəqillik qazandıqdan sonra Sovet ordusu rəsmi olaraq qoşunlarını çıxarmazdan əvvəl hərbi sursat anbarı dağıdılmışdı. Partlayışlar nəticəsində minlərlə PHS və qəlpə 44,000,000 kvadrat metrlik böyük bir əraziyə səpələnmişdi. Sahəsi 6,755,000 kvadrat metr olan keçmiş Sovet hərbi bazasının ərazisinin Ağstafa rayonunda ən çox çirklənmiş ərazi olması təsdiqlənmişdir. Verilən məlumata görə partlayışdan sonra 37 nəfərin ölümünə səbəb olan 152 PHS hadisəsi baş vermişdir.

Saloğluda olan vəziyyətin ciddiliyini nəzərə alan Azərbaycan hökuməti problemin aradan qaldırılması üçün ANAMA-ya təmizləmə işlərinə başlamağı tapşırdı. 2003-cü ilin yanvar ayında əməliyyatlara başlandı; ABŞ Avropa Komandanlığı tərəfindən təlimləndirilmiş kiçik bir PHS mütəxəssisləri qrupu 1 milyon kvadrat metrdən artıq çirklənmiş ərazidə təmizləmə işləri aparmışdır.

2001-ci ilin dekabr ayında Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının NATO yanında Missiyası vasitəsilə rəsmi surətdə NATO-nun Siyasi-Hərbi Rəhbər Komitəsinə (SHRK) Saloğlu kəndində mövcud olan PHS problemi ilə məşğul olmaq üçün NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı çərçivəsində Etimad Fondu layihəsi başlamaq barədə müraciət etdi. NATO özünün Təchizat və Təminat Agentliyi (NAMSA) vasitəsilə Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu Siyasəti çərçivəsində müdafiə islahatlarının zəruriliyinin idarə edilməsinin tərkib hissəsi kimi tərəfdaş ölkələrdə ehtiyat döyüş sursatlarının, minaların və PHS-in məhv edilməsinə yönəlmiş oxşar layihələr həyata keçirir. Azərbaycan hökuməti Saloğluda PHS-in təmizlənməsinə dair layihə təklifinin hazırlanması və NAMSA-ya təqdim edilməsi üçün ANAMA-ya tapşırıq verdi.

2002-ci ilin iyul ayında Türkiyə layihənin həyata keçirilməsində aparıcı ölkə rolunu oynamağı öz üzərinə götürdü və ANAMA layihənin icraçı təşkilatı təyin edildi.

Qiymətləndirmə missiyasının nəticələrinə əsaslanaraq ANAMA və NAMSA tərəfindən birgə Layihə təklifi hazırlandı.

2 aprel 2003-cü il tarixdə Azərbaycan Hökuməti və NAMSA arasında Anlaşma haqqında Memorandum imzalandı.

28 aprel 2003-cü il tarixdə Brüsseldə NATO-nun Baş Qərargahında Saloğluda PHS təmizlənməsi layihəsinin təqdimatı oldu.

2003-cü ilin iyun ayında Saloğluda Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Layihəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə ANAMA Bakı şəhərində donor konfransı keçirdi. Konfransda Azərbaycan Hökumətinin, BMT İnkişaf Proqramının Azərbaycan ofisi, Xarici İşlər Nazirliyinin və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak etdi.

 2005-ci il fevralın 14-də Brüsseldə NATO Baş Qərargahında Saloğlu layihəsinə kömək məqsədilə edilmiş bütün səylər öz təsirini göstərdi.. Xüsusi mərasim zamanı NATO-nun Baş Katibi Jaap de Hoop Şeffer, və layihəyə dəstək verən digər ölkələrlə birlikdə əsas ölkə kimi Türkiyə “Maliyyənin İdarə edilməsi Razılaşmasına” imza atdı.

Layihənin birinci mərhələsi daha az çirklənmiş “Yaşıl zona”nın yerüstü və yeraltı təmizlənməsini və olduqca çirkli “Qırmızı Zona”nın yerüstü səthinin təmizlənməsini əhatə etmişdir. “Birinci Mərhələ” 2005-ci ilin dekabr ayında başlamış və 2007-ci ilin may ayında başa çatmışdır. Təqribən 545 hektar yer səthi təmizlənmişdir. 261,435 ədəd PHS-in yeri müəyyənləşdirilmiş (tərkibində ağ fosfor olan 20 204 PHS daxil olmaqla), 75 164 ədəd PHS məhv edilmişdir. Birinci mərhələnin ümumi qiyməti 1,048,000 Avro olmuşdur.

Layihənin praktiki icrasına başlandıqdan sonra problemin düşünüldüyündən də ciddi və onun həllınin beynəlxalq ekspertlərin dəyərləndirmə missiyasının Azərbaycana gəlişi zamanı vermiş olduqları ilkin dəyərləndirmədən daha da çətin olması müəyyənləşdi. 

Başlıca məsələ daha yüksək çirklənmə səviyyəsinin olması ilə əlaqədar oldu; bu da İlkin olaraq müəyyənləşdirilmiş işlə müqayisədə daha çətin və daha çox vaxt sərf edilməsi lazım olan təmizləmə əməliyyatlarının aparılmasını tələb edirdi. Bu səbəbdən də layihə bir daha nəzərdən keçirildi və problemin müəyyənləşdirilmiş aspektlərini əhatə edən yeni təklif hazırlandı.

NATO/NAMSA ekspertlərinin və ANAMA mütəxəssis-lərindən ibarət yenidən dəyərləndirmə missiyasının Saloğluya səfəri təşkil edildi. Missiyanın nəticələri təmizləmə əməliyyatlarının beynəlxalq standartlarının tələbinə uyğun  səviyyədə aparılmasını təmin edəcək Saloğlu layihəsinin İkinci Mərhələsinin həyata keçirilməsinə ehtiyacın olduğunu təsdiqlədi.    

Lüksemburq və Bakıda NATO/NAMSA və ANAMA mütəxəssislərinin iştirakı ilə keçirilmiş çoxsaylı toplantı və danışıqlar ANAMA üçün yeni iş cədvəlini irəli sürən   Saloğlu Layihə Təklifinə əlavələrin qəbul edilməsi ilə nəticələndi. Təsir səviyyəsi və mürəkkəbliyindən asılı olaraq təmizlənməsi nəzərdə tutulan bütün ərazilər iki zonaya bölünmüşdür. Layihənin birinci mərhələsi daha az çirklənmiş “Yaşıl zona”nın yerüstü və yeraltı ərazilərin təmizlənməsini və olduqca çirkli “Qırmızı Zona”nın yerüstü sahəsinin təmizlənməsini əhatə etmişdir.

Dəyişdirilmiş müqaviləyə əsasən Saloğlu layihəsinin ikinci mərhələsində Qırmızı Zonada yeraltı ərazidə də təmizləmə işlərinin aparılması nəzərdə tutuldu; bu əməliyyatların aparılması üçün 440,000 Avro məbləğində maliyyə vəsaiti ayrıldı. İkinci mərhələ 2007-ci ilin iyununda başlamış və 2009-cu ilin mart ayında başa çatmışdı. Saloğludakı vəziyyətdən olduqca narahat olan Azərbaycan Hökuməti tələb olunan ümumi xərclərin 30%-ni ödəcəyini və layihənin ikinci mərhələsinin həyata keçirilməsi üçün donorların tapılmasında lazımi səyi göztərəcəyini  bildirdi.

Ancaq ikinci mərhələnin başlanğıcından bir sıra problemlər meydana çıxdı. Olduqca yüksək səviyyəli çirklənmə maqnit lokatorlardan istifadəni məhdudlaşdırırdı, hətta bəzən onlardan istifadə qeyri-mümkün oldu. Bu, ciddi şəkildə nəinki məhsuldarlığın aşağı düşməsi təhlükəsi yaratdı, həm də praktiki olaraq ikinci mərhələnin vaxtında başa çatdırılmasını qeyri-mümkün etdi.

Döyüş ərazilərinin təmizlənməsi üzrə Standart Əməliyyat Prosedurlarını (SƏP) bu ərazilərə heç cür tətbiq emək mümkün deyildi. Saloğluda tapılmış döyüş sursatlarının sayı da əsaslı problem yaradırdı (4-5 min kvadrat metrdə təxminən 100 ədəd PHS).  Layihə dövründə tapılan PHS-in sayı davamlı olaraq artırdı və ilkin əməliyyat planında göstərilən rəqəmləri xeyli ötüb keçmişdi.

2007 və 2008-ci illərdə NAMSA-nın müstəqil ekspertlərinin təkrar dəyərləndirmə missiyası layihənin tam həcmdə başa çatdırılması üçün gələcək  resursların artırılmasının (əməliyyat heyəti, avadanlıq, mexanizmlər və s.)  başlıca şərt olduğunu təsdiqlədi. 

 2008-ci ildə ANAMA mövcud partlayıcı hərbi sursatların partladılması üzrə dəstəsini genişləndirə və gücləndirə bildi: hərbi sursatların partladılması üzrə 26 mütəxəssis təlim keçdi, lazım olan avadanlıqlarla təchiz edildi və həyata keçirilən əməliyyatlara inteqrasiya olundu (hərbi sursatların partladılması üzrə 15 operator, partlayış dəstəsi üçün 4 mütəxəssis və yardımçı dəstə üçün 7 toplayıcı).

İkinici mərhələnin sonunda 111,7 hektar yeraltı ərazi təmizlənmiş, 111,911 ədəd PHS aşkar edilmiş və 211,682 PHS zərərsizləşdirilmişdir (buraya həmçinin birinci mərhələdə tapılmış PHS-lər də daxildir).

Layihə təklifinin üçüncü mərhələsi NAMSA tərəfindən müstəqil dəyərləndirmə missiyasının Saloğluya səfərinin nəticələrinə uyğun hazırlanmışdır.

Üçüncü mərhələ üçün layihə təklifi çərçivəsindəki tələblər əsasən üç məsələyə əsaslanmışdı: maddi və insan resurslarını gücləndirməyi əsas götürərək “əməliyyat vasitələri şəbəkəsini” möhkəmləndirilməsi texnikanın köməyi ilə yeni mükəmməl partlayış metodologiyası vasitəsilə döyüş sursatlarının yerləşdirilməsi proseduru üçün yeni vaxt cədvəlinin əsaslı surətdə hazırlanması; texnikanın dəstəyi; və bütün xarici faktorlar daxil olmaqla bir hektar üçün nəzərdə tutulan xərc dərəcəsini artırmaqla (ciddi iqtisadi dəyişikiliklər, inflyasiya dərəcəsi və s.) layihənin başa çatdırılmasına lazımi dəstəyi təmin etmək.  

Əlavə edilmiş üçüncü mərhələ layihənin məqsədlərinə  ümumi büdcə 1,968,225 Avro olmaqla 27 ay ərzində nail olmağı nəzərdə tuturdu.

Azərbaycan Hökuməti 2009-2010-cu illərin dövlət büdcəsindən Saloğlu layihəsinin üçüncü mərhələsinə tələb olunan maliyyə vəsaitinin 50%-ni ayırdı.

Bir il ərzində ANAMA-nın PHS qrupu Qırmızı Zonada əldə edilmiş təcrübəyə əsaslanaraq tərk edilmiş döyüş sursatları ərazilərində təmizləmə işlərini aparmaq üçün xüsusi SƏP hazırladı. Saloğlu təmizləmə əməliyyatlarını daha yaxşı planlaşdırmaq və dəyərləndirmək üçün ərazi kateqoriyalara (Kateqoriya 1 - bunkerlər; Kateqoriya 2-bunkerlər ətrafındakı ərazilər; Kateqoriya 3 – Yaşıl Zona) bölündü. Əsas maneələr metal və qəlpələrlə dolu olan  yanmış bunkerlərin və bu maneələrin altında dərinlikdə basdırılmış PHS-in yerləşdiyi 1-ci kateqoriyaya aid olan ərazinin təmizlənmsi zamanı ortaya çıxdı. Bu ərazilərin ancaq səthi təmizləndi və yeni metodologiya tətbiq edilənə kimi 1-ci kateqoriya kimi nişanlandı. 2009-cu ildə  ANAMA-nin PHS üzrə qrupu “Tərk edilmiş döyüş sursatları anbarlarının yerləşdiyi ərazilərin təmizlənməsi üzrə SƏP”-in ilkin versiyasını hazırladı və nəticədə həmin sənəd qəbul olundu və əməliyyatlarda istifadə olundu (tətbiq edildi). NAMSA tərəfindən 1-ci kateqoriyalı ərazilərdə yerləşən bunkerlərin təmizləməsi üçün  verilmiş ekskavatorlar həmin bunkerləri 1-2 il ərzində təmizləməyə imkan yaratmışdır. 

2009-cu ildə əməliyyat heyəti yeni təlim keçmiş və hazırlıqlı 14 PHS operatoru hesabına genişləndirildi. Partlayış qrupunun yaradılması layihənin 1-ci mərhələsindən bu vaxtadək tapılmış və zərərsizləşdirilmiş PHS arasındakı fərqi əsaslı şəkildə azaltmışdır.

Saloğlu layihəsinin başa çatması onun həyata keçirildiyi ərazilərdəki bütün işlərdə və məqsədlərdə yüksək təhlükəsizlik səviyyəsini təmin etdi. Layihənin prioritetləri onun siyasi, humanitar, ətraf mühit və təhlükəsizlik perspektivlərində əks etdirilmişdir. Saloğludakı vəziyyətlə yaxından maraqlanan Azərbaycan Hökuməti bütün səviyyələrdə onun həyata keçirilməsinə davamlı dəstək olmuş, beynəlxalq ictimaiyyət və donorlar arasında layihə üçün resursların səfərbər edilməsi və onun irəlilədilməsi üçün səy göstərmişdir.

Ümumilikdə, 5.7 kvadrat kilometr çirklənmiş ərazi təmizlənmiş, 640 mindən çox PHS tapılmış və zərərsizləşdirilmişdir. Saloğlu layihəsinin ümumi büdcəsi 3.455.874 Avro həcmində olmuşdur.

Saloğluda PHS-in təmizlənməsi üzrə Etimad Fondunun layihəsinın reallaşdırılması Türkiyənin, layihənin icraçısı olan Azərbaycanın, Avstraliya, Bolqarıstan, Çexiya  Respublikası, Finlandiya, İtaliya, İslandiya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Norveç və BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi sayəsində mümkün olmuşdur.

Saloğlu Layihəsinin Açılış Mərasimi – 18 noyabr 2005-ci il

EOD Qrup üçün Təlim