AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

Tibbi Yardım


ANAMA-nın tibbi xidmət dəstəsi 3 həkimdən və 10 paramedikdən ibarətdir. Diqqətlə seçilmiş və təkmilləşdirilmiş təlim hazırlığı keçmiş işçilərdən ibarət tibbi xidmət dəstəsi uğurla fəaliyyət göstərir və vəzifələrinin öhdəsindən layiqincə gəlir. 2009-cu ildə 3 paramedik işə qəbul edilmiş və xüsusi tibbi təlim keçmişdir. Bu, 2009-cu ildə daha da genişləndirilmiş bütün əməliyyat heyətinə peşəkar tibbi yardım göstərilməsinə imkan yaratmışdır.

Gürcüstanın mina aksiyası komandası üçün aparılmış "Əsas minaaxtarma kursları" çərçivəsində ilk tibbi yardım təlimləri də keçirilmişdir. Əfqanıstan və İordaniyadan olan tələbələr üçün tibbi avadanılqlar və ilk tibbi yardım texnikaları nümayiş etdirilmişdir. ANAMA-nın tibb komandası tərəfindən keçirilən mütəmadi təlimlər təşkilatın sahə əməliyyat heyətinin bədbəxt hadisə zamanı çevik reaksiya verməkdə tibbi bacarıqlarını təkmilləşdirir. Minaaxtaran heyət üçün tibbi təlim ümumi əsaslarla, xüsusilə də əməliyyat aparılmayan günlər keçirilir.

Kiçik xəsarətlər və yayda yüngül gün vurması istisna olmaqla, 2009-cu ildə diqqəti cəlb edən hadisə baş verməmişdir. Bütün zərərçəkmişlərə vaxtında ilk tibbi yardım göstərilmişdir.

Hər hadisənin dəyərləndirilməsinin və ANAMA, "Dayaq" Azərbaycan və BAMF-ın heyətləri tərəfindən buraxılmış iş günlərinin təhlilinə dair aylıq və illik hesabatlar hazırlanmışdır. ANAMA-nın Tibbi Xidmət Qaydalarına əsasən bütün bölgələrdə sahələrin, baza düşərgələrinin və tibbi xidmətin aylıq monitorinqi aparılmışdır.

Ambulansların, travma çantasının və fərdi tibbi dəstlərin tərkibi, habelə paramediklərin təlim səviyyəsi və tibbi anbarda sanitariya durumu və inventarların vəziyyəti mütəmadi olaraq yoxlanılır. Aylıq plana əsasən tibbi təxliyə (CASEVAC) prosedurlarına nəzarət və onlara uyğun işlərin yerinə yetirilməsi də həyata keçirilir.

ANAMA-nın fəaliyyətinin və yeni əməliyyat sahələrinin genişlənməsi ilə əlaqədar olaraq Agentlik 2009-cu ildə müasir tələblərə cavab verən yeni ambulans almışdır. Bununla bərabər, lazımi dərmanlar və tibbi avadanlıqlar da müntəzəm olaraq alınır.