Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

ANAMA  paramediklərinin sayı 18 nəfər təşkil edir: 1 həkim və 17 orta tibb işçisi. Onlardan əksəriyyəti tibbi yardım üzrə bir neçə beynəlxalq və milli təlimlər və kurslar keçmiş, bədbəxt hadisə zamanı çevik davranışın təşkili üzrə kifayyət qədər bilik və təcrübə əldə etmişlər.

ANAMA Tibbi Dəstəyinin ehtiyatında 14 tam avadanlaşdırılmış ambulans maşını və 14 travma dəsti var. Bütün onlar yeni alınmış avadanlıq, tibbi material və dərmanlarla təzələnmişdir.

Tibbi təxliyyə prosedurların (CASEVAC) həyata keçirilməsi və bu prosedurlara nəzarət işləri, tədbirlər planına müvafiq qaydada keçirilmişdir.