Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Texniki tədqiqat prosesində şübhəli ərazilərin qısaldılması məqsədilə tətbiq olunan mexaniki minatəmizləmə vasitələri əməliyyatların vaxt, səmərəlilik və təhlükəsizlik baxımından ən başlıca yer tutmaqdadır. Peşəkar mexaniki dəstək qrupuna malik olan ANAMA (elektron hissələr xaric) bütün lazımi texniki təminat və təmir xidmətlərini daxili imkan və bacarığı ilə həll edir və mövcud olan 6 mexaniki vasitədən ibarət olan potensialını qoruyub saxlayır. Mexaniki minatəmizləmə vasitələrinin tətbiqinə ilk dəfə 2004-cü ildən başlamış ANAMA Mexaniki dəstək Qrupu, uzun illər boyunca keçdiyi təcrübə və qarşıya çıxmış olan çətinliklərin dəf edilməsi üslubları ilə artıq həm ölkədə, həm də kənarda bu vasitələrin daha səmərəli istifadəsinə dair təlim və təcrübə mübadiləsi üçün yararlı olacaq imkanlara malikdir.