AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

Mexaniki Minatəmizləmə

ANAMA mexaniki minatəmizləmə əməliyyatlarını 6 Mexaniki Minatəmizləmə Maşını və döyüş əməliyyatları aparılmış sahələrdə böyük və ağır sursatların qaldırılması üçün istifadə edilən 1 “Bobkat Robot” maşını ilə davam etdirmişdir. Aşağıda göstərildiyi kimi, bu il Qarabağ rayonunun Güzdək qəsəbəsində tərk edilmiş başqa bir sursat anbarının təmizlənməsi əməliyyatlarına start verildi. Anbarın yerləşdiyi ərazilərin ətrafını minalardan təmizləmək üçün kiçik toxmaqlı MV-4 minatəmizləmə maşınından istifadə olunmuşdur.

İki aylıq əməliyyat müddəti ərzində bu maşın tərəfindən 2 ədəd PƏ mina məhv (partlayış olmadan) edilmiş və 22 800 kv.m. ərazi növbəti təmizləmə mərhələsi üçün hazırlanmışdır. Effektiv və dinamik minatəmizləməni həyata keçirmək üçün vacib alətlətdən olan Mexaniki Minatəmizləmə Maşınlarından Füzuli, Göy-göl və Tərtər rayonlarında əl ilə təmizləmə qruplarına səmərəli dəstək kimi istifadə olunmuşdur.