Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Azərbaycan Respublikasında mövcud olan mina sahələrinin sərhədlərinin bəlli olmaması, habelə Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan ordusunun işğalı altında olması səbəbindən, ölkədə minalarla çirklənmə səviyyəsi yalnız təxmini hesablamalara istinad edir. Sərhədləri bəlli olmayan və qeydiyyatı aparılmayan mina sahələrinin effektiv və səmərəli şəkildə təmizlənməsini həyata keçirtmək məqsədilə ANAMA yalnız fərqli üsullarla texniki tədqiqat aparıldıqdan sonra təsdiq olunan minalı ərazilərdə əl ilə minatəmizləmə əməliyyatları həyata keçirir. Əl ilə minatəmizləmə üzrə illik məhsuldarlıq, texniki tədqiqat, qısaltma və mexaniki minatəmizləmə vasitələrilə yoxlanılmış olan ərazilərdən olduqca aşağıdır. Buna baxmayaraq sözügedən minatəmizləmə üsulu, minalarla mübarizə tədbirlərinin ən sonuncu və həm vaxt, həm də təhlükə baxımından ən ağır olanı hesab edilir. İşğaldan azad olunmuş ərazilərdə aparılmaqda olan minatəmizləmə işlərinin nəticəsi olaraq ildən ilə azalmaqda olan ərazilərdə ANAMA daxili imkanlardan istifadə edərək iki yerli Qeyri hökumət Təşkilatı, "Dayaq" və "Avrasiya Beynəlxalq Mətbuat Fondu" ilə minatəmizləmə əməliyyatlarını davam etdirir. Dağlıq Qarabağ və ətraf rayonlarda aparılan minatəmizləmə əməliyyatları ilə bərabər, ANAMA keçmiş hərbi ambar və poleqonların ətrafında qurulmuş mina sahələrinin təmizləməsinə dair fövqəladə tapşırıqları da yerinə yetirir