AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

Əl ilə Təmizləmə və Texniki Tədqiqat

Əl ilə təmizləmə əməliyyatları minatəmizləmə əməliyyatlarının ən mühüm hissəsi olaraq qalmaqdadır.

2009-cu ildə əl ilə təmizləmə üzrə üç qrup olmuşdur ki, bunlardan biri ANAMA-ya, digərləri isə “DAYAQ” QHT və BAMF-a məxsusdur. Hər biri 38 minaaxtarandan ibarət olan bu qruplar, mina ilə çirklənmiş 5 rayonu (Füzuli, Ağdam, Tərtər, Goranboy və Xocavənd) əhatə edən əməliyyatları həyata keçirmişdir.  

2010-cu ildə də ANAMA və 2 QHT-yə - “DAYAQ” və BAMF-a məxsus olan minatəmizləmə qrupları eyni tərkibdə fəaliyyət göstərməkdə davam edəcək və bu əl ilə təmizləmə qrupları tərəfindən 1,3-1,5 mln.kv.m. ərazinin təmizlənməsi nəzərdə tutulmuşdur.

2008-ci ildəki artımdan sonra 2009-cu ildə məhsuldarlıq həmin səviyyədə saxlanaraq, 7 568 481 kv.m. ixtisar olunmuş və sonradan məlumat bazasından silinmiş ərazini təşkil etmişdir. Texniki tədqiqatın aparılması üsulları əl ilə təmizləmədən fərqli olduğuna görə, texniki tədqiqat xüsusi tədqiqatçılar və ya Mexaniki Minatəmizləmə Maşınlarının köməyi ilə aparılır.