Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində uğurla həyata keçirilən ilk Layihə - Saloğlu Təmizləmə Layihəsi (2005 – 2011) – 5 683 769 kv.m ərazi  təmizlənmişdir

ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində uğurla həyata keçirilən Ceyrançöl Təmizləmə Layihəsi: 1-ci mərhələ (2012-2014-cü illər) 19 mln. kv.m-dən artıq ərazi  təmizlənmiş, 14 827 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

2-ci mərhələ (2014-2016-cı illər) 25 mln. kv.m-dən artıq ərazi təmizlənmiş, 1553 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

3-cü mərhələ (2017-2018-ci illər) 22 mln. kv.m-ə yaxın ərazinin təmizlənmiş, 2 146 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

2016 və 2017-ci illərdə Böyük Britaniya Hökümətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin Mina və PHS-lərdən təmizlənməsi Layihəsi həyata keçirilmişdir.

ANAMA Türkiyə-Suriya sərhədi boyunca mina təmizləmə əməliyyatlarına dəstək göstərmişdir.

 

Beynəlxalq Əməkdaşlıq

1999-cu ildən etibarən Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) "Azərbaycanda minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsinə dəstək" Layihəsini həyata keçirir. 

ANAMA və NATO/NSPA arasında bağlanmış müqaviləyə əsasən ANAMA Gürcüstan nümayəndələri üçün Göygöldə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə və Gürcüstanda keyfiyyətə nəzarət/keyfiyyətə təminat, təlimatlandırmanın əsasları, sahə supervayzeri və informasiyanın idarəolunması üzrə təlimlər keçmişdir.

Amerika Dövlət Departamentinin dəstəyi ilə Amerikanın Marshal İrsi İnstitutu (MLİ) ilə Agentlik arasındakı əməkdaşlıq çərçivəsində MLİ Azərbaycanda aparılan minatəmizləmə proqramına 36 minaaxtaran it hədiyyə etmiş və təlim keçmişdir.

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasına"qeyri-hərbi sahədə humanitar yardım layihəsi"çərçivəsində 24000 ədəd şagird və 1500 ədəd müəllim vəsaiti Azərbaycan Hökumətinin maliyyəsi hesabına çap edilərək Əfqanıstan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya" Proqramı çərçivəsində ANAMA Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Etimad Fondu və Bakı Rotary Club və digər donorlarla əməkdaşlıq etmişdir.

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkil etdiyi "Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimləri" üzrə əməkdaşlıq.