AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN NÜMAYƏNDLƏRİ ANAMA-nın BAŞ QƏRARGAHINA VƏ GÖYGÖL REGİONAL TREYNİNG MƏRKƏZİNƏ SƏFƏR ETDİ

20 noyabr 2014-cü il tarixdə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ANAMA-ya səfər etmişlər. Səfərin başlıca məqsədi Ceyrançöl Layihəsinin icra olunması prosesi ilə yerindəcə tanış olmaq və ANAMA-nın ehtiyaclarını öyrənmək olmuşdur. İlk görüş ANAMA baş qərərgahda keçirilmişdir. İki tərəfli görüşdə  Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentindən xanım Kaitlyn Coffey, ABŞ-ın Azərbaycandakı səfirliyindən cənab Mayor Jason Lang, cənab Yaniv Barzilai, cənab Lorry Schnek  və ANAMA tərəfindən isə  Departament rəhbərləri iştirak etmişlər.

         

Görüş zamanı geniş fikir mübadiləsi aparılmış, Layihənin icrası barədə məlumat verilmişdir.

Səfərin 2-ci mərhələsi çərçivəsində qonaqlar Göygöl regional Təlim bazasına və layihənin  icra  olunduğu  Ağstafa  rayonu Ceyrançöl  ərazisinə  səfər  etmişlər. 20-21.11.2014-cü il tarixlərdə Agentliyin Göygöl bazasına gəlmiş qonaqlara prezentasiya​ verilərək Agentliyin ümumi fəaliyyəti haqqında geniş ​məlumatlar çatdırılmış, onlar üçün avadanlıq sərgisi təşkil olunmuş, baza şəraiti və itlərin seleksiya məntəqəsi göstərilmişdir.  

ANAMA-nın fəaliyyəti zamanı əldə edilən nailiyyətlər, icra olunmuş və olunan mühüm layihələr, yerli və beynəlxalq səviyyəli təlimlər qonaqlar tərəfindən çox böyük maraqla qarşılanmışdır. 

  
Səfər müddətində Ağstafa ray. Saloğlu bazası və Ceyrançöl ərazisinə birgə səfər edilmiş və Regional Əməliyyat Meneceri Mədəd Məmmədov tərəfindən baza və sahə şəraitlərində qonaqlar üçün ətraflı brifinqlər verilərək müxtəlif texniki suallar cavablandırılmışdır.