AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

BMT-NİN REZİDENT ƏLAQƏLƏNDİRİCİSİ MÜAVİNİNİN ANAMAYA SƏFƏRİ

9 dekabr 2015-ci ildə BMT-nın Azərbaycandakı Rezident Əlaqələndiricisinin Müavini xanım Nato Alhazishvili ANAMA baş qərargahında Agentliyin Direktor vəzifəsini icra edən cənab Qəzənfər Əhmədov və İnformasiya Şöbəsinin Meneceri cənab Murad Rəhimovla görüşmüşdür.

Səfərin məqsədi BMT ilə ANAMA arasında mövcud sazişin uzadılması və gələcəkdə birgə həyata keçirilə biləcək layihələr üzrə müzakirələrdən ibarət idi.