AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİN SƏFƏRİ

02-06 Mart 2015-ci il tarixlərində Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nümayəndəsi General-mayor Erhan Sipahioğlunun rəhbərlik etdiyi heyət ANAMA-ya səfər etmişlər. Onlar Agentliyin təcrübələrindən faydalanmaq, mina təmizləmə və keyfiyyət yoxlaması standartlarının əməliyyatlar zamanı ərazidə icra olunmalarına dair fikir mübadiləsi aparmışlar. Səfər zamanı qonaqlar ANAMA-nın Horadiz və Göygöl Beynəlxalq təlim mərkəzlərində olublar.