AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

POLŞANIN “JAKUSZ” TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ ANAMA-YA SƏFƏR ETDİ

18-20 dekabr 2012-ci il tarixdə Polşanın “JAKUSZ” təşkilatının Direktoru cənab Bogdan Jakusz və daha üç nümayəndəsi Azərbaycanda mina təmizləmə fəaliyyəti üzrə həyata keçirilən işlərlə tanış olmaq məqsədilə ANAMA-ya səfər etdi.

Səfər çərçivəsində qonaqlar Fizuli regionunda aparılan minatəmizləmə əməliyyatları, eləcə də Göygöl regional bazasında agentliyin təlim bazasının şərait və imkanları ilə tanış olmuşlar. Təlim, Tədqiqat, Keyfiyyətə Təminat Qurumu tərəfindən avadanlıq sərgisi, ANAMA-nın yerli və beynəlxalq səviyyəli fəaliyyətini əks etdirən prezentasiyalar təqdim edilmiş və əməkdaşlıq sahələrinin müəyyən edilməsi üzrə regional toplantı təşkil edilmişdir.

Qonaqlar ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmuş və ANAMA-nı dünya mina aksiyası arenasında təcrübəli və etibarlı partnyor kimi tanıdıqlarını bildirmiş və agentliyin fəaliyyətindən böyük təəssüratlar əldə etmişlər.



20 dekabr 2012-ci il tarixdə nümayəndə heyəti ANAMA Direktoru ilə görüş keçirmiş və görüşdə PHS təmizlənməsi sahəsində gələcəkdə mümkün əməkdaşlıq barədə müzakirələr aparılmışdır