AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

NAZİM İSMAYILOVUN ƏZİZ XATİRƏSİNƏ!

Cənab Nazim İsmayılov 1944-cü il 15 oktyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, inşaatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayan N. İsmayılov bir çox dövlət qurumlarında, o cümlədən Sənaye və Tikinti Nazirliyinin dəmir-beton trestində baş mühəndis, trest müdiri, Sənaye-Tikinti Şirkəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Texniki elmlər namizədi, Beynəlxalq Mühəndislik Akademiyasının akademik məsləhətçisi olmuşdur. O, «Tərəqqi» medalı, «Şöhrət» ordeni və "Azərbaycanın Əməkdar Mühəndisi" fəxri adları ilə təltif olunmuşdur.

2001-ci ildən ANAMA-nın direktoru vəzifəsində çalışmış və məhz onun rəhbərliyi altında ANAMA dünyada ən yüksək peşəkarlığı ilə fərqlənən humanitar minatəmizləmə qurumlarından birinə çevrilib. Nazim müəllimin sayəsində ANAMA beynəlxalq səviyyədə tanınaraq dünyanın bir çox ölkələrində minatəmizləmə üzrə fəaliyyət göstərir. N.İsmayılov tərəfindən qarşıya qoyulan strateji məqsədlərə əsasən, ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qurumuna və Çevik Əməliyyat Qrupuna (ÇƏQ) malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi vardır və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

Çox təəssüf hissi ilə qeyd etmək istərdik ki, artıq bir ildir ki, Nazim İsmayılov bizimlə deyil. Onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Allah Rəhmət eləsin!

 TV xəbər (baxmaq üçün üzərinə vurun)