AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRİNİN ANAMA-YA SƏFƏRİ

12 dekabr 2016-cı il tarixdə Yaponiyanın Azərbaycandakı səfiri cənab Tsuguo Takahashi və Birinci Katib cənab Ko Obata ANAMA baş qərargahına rəsmi səfər etmişdirlər.

Görüş zamanı ANAMA Direktoru qonaqlara Agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor ölkələrlə əməkdaşlığı, eləcə də uzun və qısa müddətli strategiyası haqda geniş məlumat vermişdir. Eyni zamanda cənab Qəzənfər Əhmədov Yaponiya Hökumətinin ANAMA ilə NATO/NSPA-nın birgə həyata keçirdiyi Jeyrançöl Təmizləmə Layihəsinin ikinci mərhələsinin icrasında verdiyi dəstəyə görə Səfirə öz minnətdarlığını bildirdi. Səfərin məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanışlıq idi.

Sonda cənab Tsuguo Takahashi səfirlik tərəfindən ANAMA təmizləmə əməliyyatlarına mümkün töhvə verilməsi barədə fikirlər səsləndirdi.

ANAMA-nın Əməliyyatlar üzrə Meneceri cənab Samir Poladov tərəfindən qonaqlara Agentliyin fəaliyyətini əks etdirən geniş prezentasiya təqdim edildi.