AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

BQXK NÜMAYƏNDƏSİNİN ANAMA-DA GÖRÜŞÜ

16 fevral 2018-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Hərbi Sursatlarla Çirklənmə üzrə Regional məsləhətçisi cənab Jeljko Lezaja ANAMA Baş Qərargahında Agentliyin şöbə müdirləri ilə görüşmüşdür. 

               

Görüş zamanı BQXK ilə ANAMA arasında Mina Təhlükəsinə dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım Proqramları ilə bağlı müzakirələr aparılmış və bu sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri, o cümlədən BQXK-nın bu layıhələrə dəstək imkanları müzakirə edilmişdir.

BQXK nümayəndəsi öz növbəsində, 21 fevral 2018-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkil edəcəyi tədbirdə, qeyd olunmuş proqramlar üzrə bir neçə Layihənin həyata keçirilməsinə dair donor dəstəyi cəlb etmək barədə fikirlər irəli sürəcəyini qeyd etmişdir.