AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

HUMANİTAR MİNA TƏMİZLƏMƏ FƏALİYYƏTİNDƏ GEODEZİYA ÖLÇMƏLƏRİ ÜZRƏ BEYNƏLXALQ TƏLİM

22 iyul - 2 avqust tarixlərində ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkil etdiyi “Humanitar Mina Təmizləmə Fəaliyyətində Geodeziya Ölçmələri təlimləri” keçirilir.

Agentliyin Göygöl Regional Təlim bazasında keçirilən təlim kursunda Əfqanıstan, Tacikistan, İraq, Anqola, İordaniya, Liviya, Livan, Mozambik, Şri-Lanka, Uqanda, Amerika Birləşmiş Ştatları, eləcə də GICHD və Azərbaycandan mina aksiyası üzrə mütəxəssislər iştirak edirlər.

Qeyd olunmuş kursun əsas məqsədi coğrafi məkan məlumatları dəqiqliyi tələblərinin və Şübhəli Təhlükəli Ərazilərin Ləğv Edilməsi prosesinin hər mərhələsində müvafiq toplama üsullarının istifadə edilməsinin təhlil edilməsidir.

10 gün davam edən təlim kursunu uğurla bitirmiş iştirakçılar sonda iştirak və əldə etdikləri nailiyyətlərə görə sertifikatla təltif olunacaqlar