AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

NORVEC SƏFİRİNİN MÜŞAYƏTİ İLƏ NÜMAYƏNDƏ HEYƏTİNİN ANAMA-YA TANIŞLIQ SƏFƏRİ

Cari ilin dekabr ayında Norveç Krallığının təşəbbüsü ilə Krallığın Azərbaycan Respublikasına yeni təyin olunmuş Səfiri cənab Bard Ivar Svendsen başda olmaqla səfirlik və NATO/NSPA nümayəndələri ANAMA-nın imkanları və həyata keçirtdiyi layihələrlə tanış olmaq məqsədilə Agentliyə səfər etmişdir. Səfərin ilk günü qonaqlar, Agentliyin təlim imkanları ilə tanış olmaq məqsədilə 09.12.2014-cü il tarixidə ANAMA-nın Göygöl Regional Təlim Mərkəzinə, habelə NATO/NSPA-ilə birgə həyata keçirdilən Ceyrançöl layihəsinin gedişatı ilə tanış olmaq məqsədilə ANAMA-nın Ağstafa Regional Mərkəzinə 10.12.2014 tarixdə səfər etmişlər.

Səfər zamanı qonaqlara ANAMA-nın Təlim imkanları, müxtəlif ölkələr üçün bugünədək həyata keçirdilmiş beynəlxalq Təlimlər və təlim vəsaitləri haqqında, Agentliyin nəaliyyətləri və gələcək işləri haqqında təqdimat habelə geniş miqyasda alət və avadanlıq sərgi təşkil olunmuşdur.

Ağstafa regionuna səfər əsnasında qonaqlar Agentliyin regionda mövcud olan imkanları ilə tanış olmuş habelə NATO/NSPA ilə birgə həyata keçirtdiyi Ceyrançöl layihəsinin gedişatına dair Əməliyyat heyəti tərəfindən geniş təqdimat verilmişdir.

Qeyd etmək lazımdır ki, cari ilin sentyabr ayına olan bəyanatlara əsasən Norveç Krallığı Ceyrançöl layihəsinə donor ölkə olaraq 204 min Avro məbləğində tövhə vermişdir.