AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

AVROPA İTTİFAQININ NÜMAYƏNDƏLƏRİNİN ANAMA-YA SƏFƏRİ

6 mart 2014-cü il tarixində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə Xüsusi Nümayəndəliyinin Siyasi Məsləhətçisi xanım Luiz Mikkelsen və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi Məsələlər üzrə işçisi xanım Aleksandra Krasteva ANAMA baş qərargahında rəsmi görüşdə iştirak etmişlər. Görüş zamanı ,ANAMA tərəfindən Agentliyin fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur. Daha sonra ANAMA Əməliyyatlar üzrə Meneceri qonaqlara Agentliyin fəaliyyət göstərdiyi bütün aspektlərini və milli mina təmizləmə strategiyasının əsas meyarlarını özündə əks etdirən təqdimat ilə çıxış etmişdır. Səfərin əsas məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaq idi.