AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

GÜRCÜSTAN MÜDAFİƏ NAZİRLİYİ NÜMAYƏNDƏLƏRİ ANAMAYA SƏFƏR ETDİ

25 Avgust, 2014-cü il tarixdə Gürcüstan Müdafiə Nazirliyi nümayəndələri ANAMAya səfər etmişlər. Səfərdə əsas məqsəd ANAMAnın fəaliyyəti və bu sahədə gələcək planlarla tanışlıq idi.

Səfər çərçivəsində nümayəndə heyəti Ceyrançöl əməliyyat sahəsinə baş çəkmiş və ANAMA ilə NATO/NSPA SNT Etimad Fondunun Azərbaycanda ilk Layihəsi olan Saloğlu Layihəsi barədə məlumat əldə etmişlər.

Səfərin gündəliyi çərçivəsində qonaqlar ANAMAnın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzinə də səfər etmiş və Agentiyin TTKT Qrupu tərəfindən bu günədək ANAMA tərəfindən keçirilən həm yerli həm də xarici təlimlər barədə, eləcə də təlim avadanlıqları barədə təfsilatlı brifinq verilmişdir.