AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MINALARDAN TƏMİZLƏNMƏSI ÜZRƏ MİLLİ AGENTLİYİN (ANAMA) KOLLEKTİVİ FƏXRİ XİYABANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB

18 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 20-ci ildönümüdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Agentlik 1998-ci il iyulun 18-də fəaliyyətə başlayıb. 

Bu münasibətlə ANAMA-nın Direktoru Qəzənfər Əhmədov başda olmaqla, Agentliyin məsul əməkdaşları iyulun 17-də Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. 

    

Eyni zamanda, ANAMA heyəti tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin də xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.

ANAMA heyəti eləcə də, Şəhidlər Xiyabanına gedərək, şəhidlərimizi dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.