AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

MİNADAN ZƏRƏR ÇƏKƏN ŞƏXSLƏR ÜÇÜN SORĞU KEÇİRİLMİŞDİR

19-27 noyabr 2015-ci il tarixində ANAMA Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birlikdə təlimlərdə iştirak etmiş və kredit əldə etmiş minadan zərər çəkmiş şəxslər arasında sorğu keçirmişdir. “Azərbaycandakı Minadan Zərər Çəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikro Kredit Dövriyyə Fondu” adlı layihə 2008, 2010 və 2013-cu illərdə keçirilmiş və 100 nəfər minadan zərər çəkmiş şəxslər bu layihədən kredit alaraq faydalanmışdır. Sorğuda İmişli, Beylaqan, Biləsuvar, Saatlı və Ağcabədi rayonlarında yaşayan mina qurbanları iştirak etmişdir. Sorğunun məqsədi kredit götürən minadan zərər çəkmiş şəxslərin fikrini öyrənmək, onlara verilən kreditin miqdarı, müddəti, gələcəkdə yenidən kredit götürmək istəkləri və şərtləri barədə müzakirə və fikir mübadiləsinin aparılmasından ibarət idi.