AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA MİLLİ MİNATƏMİZLƏMƏ STANDARTLARININ TƏTBİQİ ÜZRƏ TƏLİM KURSUNDA İŞTİRAK EDİR

22-28 noyabr 2015-ci il tarixlərində ANAMA-nın Əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədov, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində (SNT), İsveçrənin Cenevrə şəhərində keçirilən Milli Minatəmizləmə Standartlarının Tətbiqi üzrə təlim kursunda iştirak edir. Qeyd edilən Kurs Humanitar Mina Təmizlənməsi üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GİCHD) və İsveçrə Federal Müdafiə Nazirliyi tərəfindən təşkil edilib.

Kursun keçirilməsində başlıca məqsəd iştirakçılara Beynəlxalq Minatəmizləmə Standartlarının tələblərini qavramağa və əldə edilən biliklərin öz milli standardlarının istifadəsində təkmilləşdirməyə və yeniləməyə imkan verir. Milli Minatəmizləmə Standartlarının Tətbiqi üzrə təlim kursu bu sektorda ən son inkişaf imkanlarının dərk edilməsini təmin edəcək.

Milli Mina Aksiyası standartlarlnın praktiki tətbiqinə həsr olunmuş sessiya zamanı, Tural Məmmədzadə Azərbaycan Respublikası ərazizində aparılan Humanitar Minatəmizləmə fəaliyyətində tətbiq olunan Təhlükəli ərazilərin təmizlənməsi konseptinə yönəlmiş olan prezentasiya təqdim etmişdir. Qeyd olunmuş standartların nəzəri və konsepsiya aspektləri ilə bərabər, bu işlərin praktiki baxımdan hansı üslublarla həyata keçirilməsinə də toxunulmuşdur. Bu sahədə tətbiq oıunan və həm maliyyə həm də resursların səmərəli istifadəsini əks etdirən, müxtəlif texnologiyaların birgə istifadəsi yolu ilə əldə olunmuş yeni üslubların praktiki baxımından tədbiqinə dair texniki açıqlama təmin olunmuşdur.

 

http://www.gichd.org/what-we-do/calendar-of-events/training/event/24th-pfp-course-application-of-international-mine-action-standards-imas-1427722530/#.VlKrddIrKt8