AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA “MİNA AKSİYALARINDA İDARƏETMƏNİN VƏ KEYFİYYƏTİN ƏSASLARI” TƏLİMİNDƏ İŞTİRAK ETDİ

27-31 oktyabr 2014 -cü il tarixdə, ANAMA-nın Əməliyyatlar üzrə Baş Mütəxəssisi cənab Adil Aslanov və Planlaşdırma üzrə Baş Mütəxəssisi cənab Əhməd Manafov Cenevrə Beynəlxalq Humanitar Mina Mərkəzi və İsveçrə Fedrasiyası Müdafiyyə Departamenti tərəfindən təşkil olunmuş "Mina Aksiyalarında İdarəetmənin  və Keyfiyyətin  Əsasları" təlimində iştirak etmişlər.Təlimə dünyanın 18 ölkəsindən 21 nümayəndə qatılmışdır. Təlimin əsas məqsədi Humanitar Minatəmizləmə əməliyyatlarında keyfiyyətin və idarəetmənin müasir tələblərə uyğun işin təşkil olunması və səmərəli nəticələrin alınmasından ibarət idi.