AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA İLƏ AMEA-nin YÜKSƏK TEXNOLOGİYALAR PARKI ARASINDA NİYYƏT SAZİŞİ İMZALANDI

2018-ci il 2 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı arasında Niyyət Sazişinin imzalanması mərasimi keçirildi.

     

Tərəflər arasında “Pilotsuz uçuş aparatları, dronlar, insanı güllədən və soyuq silahdan qoruyan zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi – mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınması haqqında” Niyyət Sazişi imzalandı.

     

Tədbirdə ANAMA Direktoru cənab Qəzənfər Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti, AMEA-nın vitse-prezidenti Akademik İbrahim Quliyev, AMEA-nın Yüksək Texnologiyalar Parkının Direktoru i.e.f.d. Nazim Şükürov, Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri s.e.d. Fətəli Abdullayev, eləcə də AMEA-nın bir sıra müxbir üzvləri iştirak etmişlər.