AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA REGİONUN FARS/DARİ DİLLİ ÖLKƏLƏRİNİN İŞTİRAK ETDİYİ ÜÇÜNCÜ İLLİK KONFRANSINA QATILDI

9-11 noyabr 2016-cı il tarixində, ANAMA-nın Təlim və Keyfiyyətin Təminatı üzrə baş mütəxəssisi Fikrət Əliyev, Əfqanıstanın Kabul şəhərində keçirilən Üçüncü İllik Konfransında iştirak etmişdir. Əfqanıstan, Tacikistan və İranın minalara qarşı fəaliyyət proqramlarında çalışan nümayəndələrinin iştirakı ilə keçirilən Konfrans Humanitar Mina Təmizlənməsi üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GİCHD), Əfqanıstan Milli Fəlakətlərinin İdarə edilməsi Təşkilatının Minalara Qarşı Fəaliyyətinin Əlaqələndirilməsi Orqanının (DMAC) və BMT-nin Əfqanıstan üzrə Minalara Qarşı Fəaliyyət Mərkəzi (UNMACA) tərəfindən təşkil edilmişdir.

Qeyd edilən Konfransın keçirilməsində başlıca məqsəd sözügedən ölkələrin minalara qarşı fəaliyyətləri üzrə milli təcrübə mübadiləsidir.