AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

PAKİSTAN İSLAM RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİNİN ANAMA-YA RƏSMİ SƏFƏRİ

Pakistan İslam Respublikasının nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində 20 iyul 2017-ci il tarixdə ANAMA baş qərərgahında görüş keçirilmişdir. 

Agentliyin direktoru cənab Qəzənfər Əhmədov Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin Sədri General-leytenant  Omar Mahmud Hayat,  Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədrinin Fərdi qərargah zabiti Briqada generalı Muxtar Ahmet, Pakistan İslam Respublikası Birləşmiş qərargahının əməkdaşı Polkovnik Saeed Janjuanı qəbul etmişdir. Səfərin başlıca məqsədi ölkələrdə aparılan Humanitar Minatəmizləmə sahəsində ikitərəfli münasibətlərin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması üzrə danışıqlardan ibarət olmuşdur. 

Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım (MZY) layihələri, eləcə də Agentliyin qısa və uzunmüddətli strategiyası barədə genişmiqyaslı məlumat verilmişdir.