AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

AVSTRİYA RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ VƏ AVSTRİYA İNKİŞAF AGENTLİYİ NÜMAYƏNDƏSİNİN ANAMA-ya SƏFƏRİ

11 iyul 2012-ci il tarixdə Avstriya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Silvia Meier-Kajbic və Avstriya İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi cənab Aleksander Bohr ANAMA-ya səfər etmişlər.



Görüşün əsas məqsədi ANAMA ilə ADA arasında minatəmizləmə fəaliyyəti sahəsində birgə təşəbbüslərin yerinə yetirilməsi üzrə mümkün əməkdaşlıq, eləcə də Azərbaycanda Minadan Zərərçəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikrokreditlər Fondu Layihəsinə dəstək barədə müzakirələr aparmaq idi.Görüş zamanı ANAMA Direktoru qonaqlara Agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri və milli mina təmizləmə strategiyasının əsas meyarları haqda geniş məlumat verdi.

Sonda cənab Nazim İsmayılov Azərbaycanda mina və partlamamış hərbi sursat probleminə olan dəstək və marağa görə qonaqlara minnətdarlıq bildirdi.