AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ƏFQANISTAN İSLAM RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ ANAMA-YA SƏFƏR ETDİ

7 iyun 2013-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Səlahiyyətli və Fövqəladə Səfiri cənab Muhammad Şaker Kargar ANAMA baş ofisinə səfər etmiş və Agentliyin Direktoru cənab Nazim İsmayılovla ikitərəfli görüşdə iştirak etmişdir. Görüşün əsas məqsədi ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan Hökuməti tərəfindən Əfqanıstan Respublikasına gələcəkdə göstəriləcək yardımın müzakirəsi idi.

Görüş zamanı Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elman Abdullayevin müsahibəsində qeyd edilmiş, 2014-cü ildən sonra Azərbaycan NATO-nun Əfqanıstanda sülhün təmin olunması üzrə yeni missiyasında iştirak edəcəyi və Azərbaycanın Əfqanıstanın bərpası işində effektiv humanitar siyasət yeritməsini, bu istiqamətdə bir sıra tədbirlər keçirməsini, o cümlədən ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazisinin minalardan təmizlənməsi məsələsinə də toxunulmuşdur. Məhz bu nöqteyi-nəzərdən Səfir, ANAMA ilə minatəmizləmə fəaliyyətinin bütün aspektləri üzrə daha da geniş həyata keçiriləcək gələcək planlara dair müzakirələr aparmışdır.

Məlumat üçün qeyd etmək istərdik ki, ANAMA 2008-ci ildən  etibarən Azərbaycan Hökumətinin tapşırığına əsasən Əfqanıstana qeyri-hərbi sahədə yardım Layihəsi çərçivəsində Mina Təhlükəsinə dair Maarifləndirmə və Əfqanıstanda Milli Mina Potensialının yaradılması və inkişaf etdirilməsi sahəsi üzrə yardım göstərmişdir.