AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

İRAQ RESPUBLIKASI ƏTRAF MÜHİT NAZİRLİYİNİN MİNALARLA MÜBARİZƏ İDARƏSİNİN RƏİSİ CƏNAB İSA ƏL-FƏYYAZIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYYƏTİNİN ANAMA-YA SƏFƏRİ

27-31 yanvar 2014-cü il tarixlərində İraq Respublikası Ətraf Mühit Nazirliyinin Minalarla Mübarizə İdarəsinin rəisi cənab İsa Əl-Fəyyazın başçılıq etdiyi nümayəndə heyyəti ANAMA-ya səfər etmişdir.

Səfərin başlıca məqsədi ölkələrdə aparılan Humanitar Minatəmizləmə sahəsində ikitərəfli münasibətlərin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına başlanğıc vermək olmuşdur. Belə qərar, ötən ilin dekabr ayının 1-5 tarixlərdə İraq Baş Nazirinin Məsləhətçisi, Əyalətlər və Rabitə Naziri və Mədəniyyət Nazirinin müavininin iştirakı ilə Nazirlərdən ibarət nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetində keçirdikləri görüş zamanı İraq Hökuməti adından bildirilmişdir.  


Səfərin ilk günü, nümayəndə heyəti, Füzuli rayonuna səfər etmiş və ANAMA-nın Horadiz şəhərində yerləşən Regional Əməliyyat Bazası və bölgədə aparılan minatəmizləmə əməliyyatları və əməliyyatlara cəlb olunan texnika ilə tanış olmuşlar. Növbəti gün nümayəndə heyəti Füzuli rayonundan Tərtər rayonuna səfər etmiş və mina sahələri ilə yanaşı həm də Minadan Zərərçəkənlər üçün istifadəyə verlimiş regional Peşə məktəbi ilə tanış olmuş və minadan zərər çəkmiş insanlara və onların ailə üzvlərinə xüsusi olaraq tərtib olunmuş layihələr və məqsədyönlü işlər barədə geniş məlumat almışlar.

Səfər çərçivəsində qonaqlar həmçinin Göygöl rayonunda yerləşən ANAMA-nın regional Təlim bazasında olmuş, burada təqdim olunması nəzərdə tutulmuş təlimlər və habelə bugünədək müxtəlif ölkələrdən olan qruplara keçirilmiş təlimlər barədə brifinq və istifadə olunan avadanliqlara dair təqdimat verilmişdir.

31 yanvar 2014-cü il tarixində qonaqlar, ANAMA baş ofisində Agentliyin Direktoru Nazim İsmayılovla genişmiqyaslı görüşdə iştirak etmişdirlər. Görüş zamanı ANAMA Direktoru Agentlik tərəfindən humanitar minatəmizləmə əməliyyatları və partlamamış hərbi sursatlar problemi ilə aparılan mübarizə ilə bərabər bu günə qədər xarici mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə programından, minadan zərər çəkən şəxslərə göstərilməkdə olan xüsusi layihələrdən söz açmışdır. 

Görüşün nəticəsi olaraq cənab İsa Əl-Fəyyaz Mina Təhlükəsinə dair Maarifləndirmə sahəsinin minalarla mübarizə fəaliyyətində əsas rol oynadığını qeyd etmiş və gələcəkdə ANAMA-nın bu təcrübəsindən yararlanaraq təlim və tədris materiallarının Ərəb dilinə tərcümə edilməsi və İraqda tətbiq olunması məsələsini, habelə İraq Hökumətilə razılaşdırıldıqdan sonra qısa bir zamanda müxtəlif qurumlardan aidiyyətı mütəxəssislərin ANAMA-nın təlim imkanlarından faydalanmaq məqsədi ilə Azərbaycana səfər edəcəklərini qeyd etmişdir.