Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü (4 Aprel) ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırır.

 


 

Bir qayda olaraq 2006-ci ildən etibarən 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü qeyd etmək məqsədilə ANAMA Regional Ofislərində və eləcə də, podratçı təşkilarları tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

4 Aprel 2013-cü il tarixdə ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə Agentliyin MTM Şöbəsi tərəfindən ümumi tədbirlər planı çərçivəsində cəbhəxətti və sərhədboyu rayon orta məktəblərindən 20 müəllim üçün iki günlük maarifləndirmə təlimləri keçirilmişdir. Təlimlər zamanı iştirakçılara ANAMA-nın ümumi fəaliyyətini və mina təhlükəsinə dair maarifləndirmə üzrə təhlükəsizlik qaydalarını əks etdirən geniş prezentasiya teqdim edilmişdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT–nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Rezident nümayəndəsi xanim Envera Selimoviç ilə birgə Tərtər rayonunun Qapanlı Qazyan kənd məktəbində tədbirlər keçirmiş və 200dən artıq müəllim və şagird kollektivi ilə görüşlər keçirmişlər. Daha sonra BAMF və ANAMA-nın Çevik Əməliyyat Qrupu nümayəndələri, minadan zərərçəkmiş şəxslərin iştirakı ilə Bərdə şəhərində ağac əkmə kompaniyası həyata keçirmişlər. Öz növbəsində Dayaq Azərbaycan tərəfindən Ağdam və Ağcabədi rayon məktəblərində görüşlər təşkil edilmiş, mina təhlükəsinə dair maarifləndirmə üzrə poster və kitabçalar paylanmışdır. Bu kimi tədbirlər, həmçinin Goranboy, Beyləqan, Füzuli və Ağstafa rayon məktəblərində də təşkil olunmuşdur.

 


 

Qeyd olunmuş tədbirlər bütün yerli TV kanal və İnformasiya Agentlikləri tərəfindən geniş şəkildə yayımlanmışdır.Bütün bu tədbirlər bir daha Günün əhəmiyyətini vurğulamaq və bu sahədə problemlərin kəskin olduğu Azərbaycanda diqqət mərkəzində saxlamağa imkan yaradır.


Video izlə