Qoşulmama Hərəkatına üzv olan ölkələrin nümayəndələri ilə görüş

Bakıda keçirilən 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı çərçivəsində tədbirdə iştirak edən Qoşulmama Hərəkatına üzv olan ölkələrin minatəmizləmə fəaliyyəti üzrə nümayəndələri ilə görüş keçirilib.

Görüşdə, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev cari ilin 2 mart tarixində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini irəli sürüb.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, bu problemi qlobal miqyasda səsləndirərək, birgə həll yollarının müzakirəsi məqsədi daşıyıb.

Qoşulmama Hərəkatına üzv olan ölkələrin minatəmizləmə fəaliyyəti üzrə nümayəndələri ölkə rəhbərinin təklifini maraqla qarşılayıb, bu istiqamətdə gələcəkdə birgə əməkdaşlıq imkanlarının müzakirəsini dəstəkləyib.