ANAMA kollektivi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin məzarını ziyarət edib

Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti, ANAMA yanında İctimai Şura üzvləri və Agentliyin struktur bölmələri rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.

ANAMA kollektivi ilə birlikdə, ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu təşkilatlarından biri olan “Sülhün kökləri” (Roots of Peace) təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn də dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna xidmətləri olmuş böyük şəxsiyyət, müdrik dövlət xadimi Ulu Öndərin məzarını ziyarət edib.

Mərasim iştirakçıları daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.